Bazar ertəsi, 29 Aprel

"Bu, Rusiyanı regiondan sıxışdırmaq cəhdidir" - Zaxarovadan açıqlama

image

Moskva Avropa İttifaqının Ermənistandakı mülki missiyasını Rusiyanı regiondan sıxışdırmaq cəhdi kimi qiymətləndirir.

Xəbər verilir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Avropa İttifaqının və bütövlükdə Qərbin Ermənistanda hər hansı vasitə ilə möhkəmlənmək istəyini ilk dəfə müşahidə etmirik. Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və təhlükəsizliyin əsas qarantı kimi tarixi rolunu zəiflətmək üçün hər şey edilir”, - diplomat bildirib.

"Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunan razılaşmalar Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin təmin edilməsində əsas amil olaraq qalır" - deyə, Mariya Zaxarova bildirib.

Mariya Zaxarova daha sonra deyib: "Biz əminik ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış sazişlər yaxın gələcəkdə regionda sabitlik və təhlükəsizliyin əsas amili olaraq qalır. Onların hərtərəfli həyata keçirilməsi, o cümlədən nəqliyyat blokadasının açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, eləcə də sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar regionda vəziyyətin yaxşılaşdırılması üçün birbaşa yoldur. Rusiya buna hər cür töhfə verməyə hazırdır”.

Qeyd edək ki, bu gün Avropa İttifaqının Ermənistandakı mülki missiyası fəaliyyətə başlayıb. İki il müddətinə göndərilən missiyaya 100 nəfər daxildir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39